"Sumqayıt"ın növbəti "Ailəvi azarkeş"i - FOTO

11 Dekabr 2024 13:40 Sumqayıt 705
"Sumqayıt"ın növbəti "Ailəvi azarkeş"i - FOTO

"Sumqayıt"ın "Ailəvi azarkeş" aksiyasının növbəti qaliblərinə hədiyyələri təqdim olunub.

Sportinfo.az xəbər verir ki, "Şamaxı" ilə ev oyununda (2:1) çəkdirdiyi fotoya ən çox reaksiya alan Samir Zəkiyevin övladına komandanın oyun geyimi hədiyyə edilib.

Klubdan müvafiq çağırış:

“Siz də bu hədiyyələrə sahib olmaq istəyirsizsə, "Neftçi" ilə keçirəcəyimiz ev oyununda ailənizlə birlikdə (ən az bir böyük və bir uşaq) şəkil çəkdirib bu postun şərh bölməsinə yerləşdirin.

18 dekabr saat 23:59-a qədər ən çox reaksiya alan azarkeşimizin fotosu qalib elan ediləcək. Əvvəlki yarışmalarda qalib olmuş azarkeşlərimizin nəticələri artıq qeydə alınmayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”