"Əsas olan qələbə idi, onu da qazandıq. Fərq etməz 90 dəqiqə və ya 120 dəqiqə sonra. Kubokda bacardığımız qədər irəliləmək istəyirik".
Bu fikirləri Sportinfo.az-a açıqlamasında
Azərbaycan Kubokunda MOİK üzərində çətin qələbə (3:1) qazanan "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə deyib.
O, "Birinci Liqa təmsilçisini əsas vaxtda məğlub etməyə nə mane oldu" sualına isə belə cavab verib:
"Futbolda hər şey ola bilər. Meydana arxayın çıxmağımız da səbəb ola bilər. Hər oyuna özünü kökləmək bir az fərqli olur. Əsas odur sonluq hamımız üçün yaxşı oldu".
Abdullazadə sonda Premyer Liqanın qarşıdakı turunda üz-üzə gələcəkləri "Neftçi" ilə matç barədə də danışıb:
"İnşallah, MOİK-lə oyunda 120 dəqiqə fiziki güc itirməyimiz "Neftçi" ilə görüşdə bizə təsir etməz.
Hər zaman olduğu kimi, meydana qələbə üçün çıxacağıq. Bacardığımızı meydanda qoyub, vurulacağıq. İnşallah, qələbə qazanan tərəf biz olarıq".
XANOĞLAN