COP29

Premyer Liqa klubunda zəif dərs, yoxsa tənbəl şagird?

5 Dekabr 2024 23:00 Sumqayıt 708
Premyer Liqa klubunda zəif dərs, yoxsa tənbəl şagird?

"Sumqayıt" bu dəfə Zirədə 4 qol buraxaraq məğlub oldu - 1:4.

Vaqif Cavadov debüt matçında başına gələnləri növbəti dəfə yaşadı.

Yenə müdafiəçilərin ağlasığmaz səhvləri rəqibin köməyinə çatdı.

Miloş Miloviçin startdaca yol verdiyi kobud səhvin davamını yoldaşları necə lazımdır gətirə bildi.

Ayxan Süleymanlı öncə "Zirə"nin hesabı açması üçün topu Volkova hədiyyə etdi.

Yoldaşları özündə güc tapıb, fasilə ərəfəsində hesaba tarazlıq gətirə bildi.

Düşünmək olardı ki, bu qol və 15 dəqiqəlik fasilədə Cavadovun tənbehi qonaqların ayılmasına bir təkan olar.

Amma "kimyaçılar"ın arxa xətti bu fikrində deyildi.

Gənc mütəxəssisin futbolçuları elə səhvlərə yol verirdilər ki, bunu oyaq adamın etməsi mümkün deyildi.

İkinci yarının başında yenə Süleymanlı səhnəyə çıxdı. Murad Xaçayevin yöndəmsiz ötürməsinə uğursuz toxunan gənc müdafiəçi növbəti qolun vurulmasından birbaşa iştirak etmiş oldu.

6 dəqiqə sonra Vaqif Cavadov nicat yolunu onu əvəzləməkdə gördü.

Süleymanlı meydanı tərk etsə də, Miloviç onun boşluğunu lazımınca doldurdu.

Volkov bu dəfə monteneqrolu müdafiəçini uşaq kimi aldadaraq topu qapıdan keçirdi.

76-cı dəqiqədə Roi Kehat komanda yoldaşlarından geri qalmadığını göstərdi. Təhlükəli zonada topla məşqdəymiş kimi davranan israilli futbolçudan Ruan Renato topu asanlıqla almaqla bərabər, həm də David Volkova ideal ötürmə vermiş oldu. O da karyerasının ən rahat hett-trikini rəsmiləşdirdi.

Əslində oyuna baxası olsaq "qartallar" ciddi üstünlüyə sahib deyildi. Hətta oyunun bəzi bölümlərində "Sumqayıt" uğurlu görünən tərəfi idi.

Amma sumqayıtlı futbolçuların ucuz səhvləri Rəşad Sadıqovun kollektivinin hava-su kimi vacib qələbəsini rəsmiləşdirmiş oldu.

Cavadov qısa müddətdə ikinci dəfə oxşar qəza keçirdi. Görünür, ya Cavadovun əvvəlki dərsi zəif olub, ya da şagirdləri tənbəl.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti