Vaqif Cavadov "Sumqayıt"da ilk seçimini etdi

14 Oktyabr 2024 22:20 Sumqayıt 8 299
Vaqif Cavadov "Sumqayıt"da ilk seçimini etdi

"Sumqayıt”ın yeni baş məşqçisi Vaqif Cavadovun köməkçiləri də məlum olub.

Uzun müddət "kimyaçılar"ın futbolçu kimi şərəfini qorumuş və ötən aydan akademiyada məşqçi kimi çalışmağa başlayan Vurğun Hüseynov bundan sonra əsas komandada çalışacaq.

Ondan başqa Şahin Abdullayev də Cavadovun korpusunda yer alacaq.

Abdullayev təyinatına kimi klubda skaut kimi çalışırdı.

Daha əvvəl isə “Neftçi”dən ayrılan Sənan Qurbanov və Emil Babayevin də yeni korpusda yer alacağını məlumat vermişdik.

Xatırladaq ki, Samir Abasovun "Neftçi"yə baş məşqçi kimi gedişindən sonra boşalan baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə olunub.

V.Cavadov əvəzedicilərdən ibarət komandanın çalışdırıcısı idi.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”