“Sumqayıt”lı “Asiya Futbol Mükafatları”na namizədlər arasında yer aldı

20 Sentyabr 2024 01:20 Sumqayıt 1 072
“Sumqayıt”lı “Asiya Futbol Mükafatları”na namizədlər arasında yer aldı

“Sumqayıt”ın legioneri İsa Suliman “Asiya Futbol Mükafatları”nın ən yaxşı kişi futbolçu nominasiyası üzrə namizədlər arasında yer alıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də İngiiltərənin “Uembli” stadionunda keçiriləcək tədbirdə futbolçunun rəqibləri Yan Dhanda (“Harts”, Şotlandiya) və Hamza Çodhuri (“Lester”, İngiltərə) olacaq.

"Asiya Futbol Mükafatları" Hindistan, Pakistan, Banqladeş, Şri-Lanka, Əfqanıstan, Nepal, Butan və Maldiv adalarından olan futbolçuları əhatə edir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə