2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Sportinfo.az xəbər verir ki, "kimyaçılar" ötən mövsümü Türkiyədə - "Kocaelispor"da keçirmiş gürcüstanlı Giorgi Karaişvili ilə 1+2 illik müqavilə imzalayıb.
28 yaşlı yarımmüdafiəçi komandada 12 nömrəli formada çıxış edəcək.
“Sumqayıt” bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Nikola Vuynoviç, Sərtan Taşqın, Silvanus Nimeli, Alan Dias və Miloş Miloviçin keçidini reallaşdırıb.