“Bu komandanın yeganə mənfi cəhət oyunlarını Azərbaycanda keçirməsidir"

12 Sentyabr 2024 00:40 Sumqayıt 806
“Bu komandanın yeganə mənfi cəhət oyunlarını Azərbaycanda keçirməsidir"

“Sokol”un (Rusiya) belaruslu baş məşqçisi Aleksey Baqa ölkəsinin mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “football.by” saytına danışan “Sumqayıt”ın sabiq çalışdırıcısı Konfrans Liqasının əsas mərhələsində “Dinamo”(Minsk) ev oyunlarının Sumqayıtdakı “Mehdi Hüseynzadə” adına stadionda keçirilməsi ilə bağlı seçimini dəyərləndirib:

“Allah qoysa, “Dinamo” irəliləyər. Birinci səbətdən nəhənglər çıxa bilərdi.

Baxmayaraq ki, “Kopenhagen” bu gün Avropa futbolunda addır. "Dinamo" üçün yeganə mənfi cəhət ev oyunlarını Azərbaycanda keçirməsidir.

Lakin "Sumqayıt"ın möhtəşəm stadionu var və hava əla olacaq. Minskdən birbaşa uçuşla ora çata bilərsiniz, ona görə də coğrafiya ən pis deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Oktyabr 18:10 Çək və bizə göndər!
23 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM