COP29

Gündəmdə olan Premyer Liqa klubunda betərin betəri?

31 Avqust 22:20 Sumqayıt 703
Gündəmdə olan Premyer Liqa klubunda betərin betəri?

"Sumqayıt"ın yay fasiləsində heyətində qatdığı beş legionerdən biri də Nikola Vuynoviç oldu.

Ötən mövsüm başa çatanda Kasimir Ninqa və Erik Sorqanın klubdan göndərilməsindən məqsəd daha sanballı forvardın gətirilməsi idi.

Ninqa 7 qoll komandanın bombardiri olmuşdusa, Sorqa 27 oyunda 5 qol, 2 asistlə yadda qalmışdı.

Xüsusilə estoniyalının gedişinə əksər sumqayıtlı sevinmişdi.

Çünki heç cür yerli publikanın rəğbətini qazana bilmədi.

Hər iki hücumçunun unutudurulması yolunda əsas ümid məhz yeni transfer olan monteneqroluya bağlandı.

Amma sən saydığını say, gör Vuynoviç nə sayır.

O, arxada qalan müddətdə nəinki Ninqanı unutdurub, hətta bir Sorqa belə deyil.

Sabiq "9 nömrə" məhsuldar olmasa da, meydanda daha diri, daha hərəkətli görünürdü.

Düzdü, mövsüm yeni başlayıb. Hələ uzun marafon qarşıdadır.

Bəlkə də gələcəkdə tam fərqli biri qarşımızda olacaq.

Amma "vaxt lazımdı" söhbəti də hər yerdə keçərli olmalı deyil axı.

Bu gün Leriy Mikels debüt matçında "Şamaxı"ya 3 xal qazandırır.

Ayman Bouali "Səbail"də keçirdiyi 4 matçda 2 qol, 1 asistlə yadda qalır.

Amma Vuynoviç 5 Premyer Liqa görüşündə 1 sarı vərəqə ilə "yadda qalıb".

Nəzərə alaq ki, onun komandaya adaptasiya olması üçün Konfrans Liqasında keçirdiyi 2 qarşılaşma da olub.

13 iyulda Sumqayıt təmsilçisinə qoşulan əcnəbi hücumçunun avrokuboklardakı susqunluğunu düşərgəyə gec qoşulmasında gördük.

Zamanla düzələr dedik. Amma...

Bu gün, sabah onun burada olmasının 3 ayı tamam olacaq.

Hələ də tuneldə işıq görünmür.

Bu gedişlə sonda yerli publika Sorqanın ölənlərinə rəhmət oxuyacaq. Betərin betəri bu olsun gərək...

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti