Avrokuboklarla tez vidalaşan komanda bundan məhrum edildi!

23 Avqust 2024 19:40 Sumqayıt 1 221
Avrokuboklarla tez vidalaşan komanda bundan məhrum edildi!

Premyer Liqanın ilk 2 turunda 6 xal toplayan «Sumqayıt» mükafatdan məhrum olub.

Doğma şəhərdə keçirilən matçlarda «Kəpəz»i 2:0, «Səbail»i 2:1 udan «kimyaçılar» bonus qazanmayıb.

Səbəb? Əlbəttə, var!

«Gənclik şəhəri» təmsilçisinin maliyyə böhranı ilə üzləşməsini fərz etməyin. Bu cəhətdən klubda hər şey qaydasındadır.

Komandanın mükafat almaması birbaşa Konfrans Liqasıyla bağlıdır.

Belə ki, «Sumqayıt»lılar avro-turnirin birinci mərhələsində «Fehervar»a uduzaraq, mübarizəni erkən dayandırıb. Evdə 1:2 hesabıyla yenilən, Macarıstanda 0:0 edən kollektiv rəhbərliyin ümidlərini doğrultmayıb.

Odur ki, Premyer Liqada qeydə alınan 2 qələbənin maddi sarıdan qiymətləndirilməməsini avrokuboklara vidanın qarşılığı, yəni, cəzası saymaq olar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA