Azərbaycanda 8 qol vuran hücumçu Küveyt klubunda

21 Avqust 2024 08:50 Sumqayıt 1 024
Azərbaycanda 8 qol vuran hücumçu Küveyt klubunda

"Sumqayıt"ı bu yay tərk edən Kazimir Ninqa klubsuz qalmayıb.

Sportinfo.az xəbər verir ki, Çad millisinin kapitanı Küveytə yollanıb.

31 yaşlı forvard “Əl-Tadamon”la anlaşıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Ninqa ötən sezonun əvvəlində “Anortosis”dən “Sumqayıt”a keçmişdi. Afrikalı hücumçu komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM