Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roy Kehat "Sumqayıt"ın qələbə qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran "kimyaçılar" 4-cü pillədə qərarlaşıb. Bakı klubu isə 1 xalla doqquzuncudur.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1450 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Şirmamed Mamedov
Dördüncü hakim: Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Sarı vərəqələr: Rəhim Sadıxov, 34 (qeyri-idman hərəkəti); Slaviça Radoviç, 34 (qeyri-idman hərəkəti); Tresor Mossi, 55 (qeyri-idman hərəkəti)
Qollar: Kamran Quliyev, 87; Roi Kehat, 90+2 // Suleyman Alluş, 89
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 4 dəq.
|
“Sumqayıt” Baş məşqçi: Samir Abasov |
“Səbail” Baş məşqçi: Şahin Diniyev |

