“Şərtlər necə olur olsun, uğurlu mövsüm keçirmək heç vaxt asan başa gəlmir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın yarımmüdafiəçisi Murad Xaçayev deyib.
Konfrans Liqasına erkən vida edən “kimyaçılar” Premyer Liqanın ilk 2 turunu geridə buraxıb. Startda “Kəpəz”ə 2:0 qalib gələn “gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”a 0:1 hesabıyla uduzub.
Heyət kasad, zədəli futbolçuların da sayı hər keçən gün artır. Bu şərtlər altında uğurlu mövsüm keçirmək onlara çətin olmayacaq?
Muradın cavabını eşidək:
“Rəqabətli çempionatımız var. Keçən il olduğu kimi, bu mövsüm də çalışacağıq ki, oyundan oyuna artıraq və yekunda yaxşı yerlərdə qərarlaşaq.
Biz buna hazırıq. Yenidən avroluboklara getmək əzmindəyik”.

