"Sumqayıt" heyətinə braziliyalı müdafiəçi cəlb etdi

15 Avqust 2024 19:30 Sumqayıt 1 260
"Sumqayıt" heyətinə braziliyalı müdafiəçi cəlb etdi

"Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Alan Diasla 1+2 illik müqavilə imzalanıb.

25 yaşlı braziliyalı müdafiəçi komandada 5 nömrəli formanı geyinəcək.

Sumqayıtın eyniadlı təmsilçisi bugünə qədər Rəhim Sadıxov, Fernando Medeiros, Slavişa Radoviç, Nikola Vuynoviç, Sərtan Taşqın və Silvanus Nimelinin keçidini reallaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə