Premyer Liqa klubunu pul cəzası ilə üz-üzə qoyan SƏBƏBLƏRƏ BAXIN

9 Avqust 2024 23:40 Sumqayıt 950
Premyer Liqa klubunu pul cəzası ilə üz-üzə qoyan SƏBƏBLƏRƏ BAXIN

Ötən gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda verilən qərarlar arasında iki cəza xüsusi diqqət çəkib.

Söhbət Premyer Liqanın I turunun “Sumqayıt” – “Kəpəz” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” klubunun 500 manat, oyun günü planı pozulduğuna görə isə 1000 manat cərimə edilməsindən gedir.

Nədənsə bəndlərdə konkret boşluqların nədən ibarət olması qeyd edilməyib.

PFL-dən əldə etdiyimiz məlumata görə, 1000 manatıq cəzaya səbəb meydançanın xətlənməsinin gecikməsi olub.

Digər məbləğ isə oyundan sonra futbolçuların soyunub-geyinmə otaqlarının isti su probleminin yaşanmasına görə nəzərdə tutulub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da