"Sumqayıt"ın "Fehervar"la matçlarını yayımlayacaq kanal dəyişdirildi

21 İyul 2024 13:35 Sumqayıt 1 108
"Sumqayıt"ın "Fehervar"la matçlarını yayımlayacaq kanal dəyişdirildi

"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"a qarşı keçirəcəyi oyunlar "CBC Sport" telekanalında yayımlanmayacaq

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Həm ev matçı, həm də səfər görüşü əvvəlcədən açıqlandığı kimi "CBC Sport" telekanalı ilə deyil, "İdman TV" telekanalı ilə canlı yayımlanacaq.

"Sumqayıt" - "Fehervar" qarşılaşması iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Bu komandalar arasında cavab matçı isə iyulun 31-də Macarıstanda oynanılacaq və saat 21:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi