COP29

Konfrans Liqasına hazırlaşan təmsilçimiz əcnəbi müdafiəçi ilə yolları ayırdı

11 İyun 23:40 Sumqayıt 1 077
Konfrans Liqasına hazırlaşan təmsilçimiz əcnəbi müdafiəçi ilə yolları ayırdı

“Sumqayıt”ın yayda yolları ayırmağa hazırlaşdığı futbolçular arasında Abu Dosso da yer alacaq.

Fil Dişi Sahilindən olan müdafiəçinin başa çatan müqaviləsi artırılmayacaq.

27 yaşlı cinah oyunçusu ötən yaydan “kimyaçılar”ın formasını geyinir.

Onunla 1+1 şərtilə müqavilə imzalanıb. Klub istəsə, növbəti bir il qüvvəyə minəcəkdi.

Amma Samir Abasov onun qalmasında maraqlı deyil.

Afrikalı legioner bu mövsüm “Sumqayıt” formasında meydana çıxdığı 29 oyunda 5 asistlə yadda qalıb.

Abu Dosso “Sumqayıt”a kimi peşəkar karyerası ərzində İsrailin “Rişon Lezion”, “Hapoel” (Təl-Əviv) və “Bney Saxnin” klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?