“Dinamo” klubumuza rəsmi şəkildə müraciət edib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev söyləyib.
O bildirib ki, bu gün UEFA-nln bir qrup nümayəndəsi Azərbaycana gəlib.
Onlar hazırda Sumqayıtdadır. Avropalı müsafirlər Mehdi Hüseynzadə adına stadiona baxış keçirirlər.
Məsələ ondadır ki, UEFA-nın qadağası ilə üzləşən Minsk “Dinamo”su avrokubokların qrup mərhələsində ev oyunlarını Azərbaycanda keçirə bilər.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Ludoqorets“i Macarıstanda qonaq etmiş Belarus klubu Avropa Liqasının pley-off mərhələsində “Anderlext”lə qarşılaşacaq.
“Dinamo” Belçika təmsilçisini keçə bilməsə, Konfrans Liqasının qrup mərhələsində çıxış.edəcək.
Minsklilərin qrup mərhələsinin oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda qəbul etməsi gözlənilir.
UEFA-nın göndərdiyi ekspertlər rəy verəcək ki, “Dinamo” qrup oyunlarını burada keçirə bilər, ya yox.
Z.Xudiyev deyib ki, iki klub arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir:
“Demək olar əksər şərtlərdə razılıq əldə olunub. Bir-iki xırda detal qalıb.
Onların da həllini tapacağını gözləyirik. Təbii ki, “Dinamo” stadiondan istifadə edəcəksə, icarəhaqqı ödəyəcək və digər xərcləri qarşılayacaq.
Əsas UEFA-nın icazəsidir. Nümayəndələr Sumqayıta gəlib və stadionu təftiş edirlər.
Yəqin ki, ən qısa zamanda yekun qərar verəcəklər”.

