Premyer Liqa klubunda bombardirlə bağlı TƏHLÜKƏ

4 İyun 2024 23:00 Sumqayıt 1 325
Premyer Liqa klubunda bombardirlə bağlı TƏHLÜKƏ

"Sumqayıt" liderini itirə bilər.

Söhbət komandanın başa çatan mövsümdə bombardiri olmuş Kasimir Ningadan gedir.

Yaxşı sezon keçirən hücumçuya bir neçə klubdan təklif var.

31 yaşlı forvard qərar verməyə tələsmir.

O, Konfrans Liqasına "Kimyaçılar"la birgə yollanmaqda maraqlıdır.

Lakin bunun üçün Sumqayıt təmsilçisinin onunla maliyyə məsələsində dil tapması şərtdir.

Bunun reallaşması isə elə də asan görünmür.

Çad millisinin üzvü ötən ilin Sentyabr ayından "Sumqayıt"da çıxış edir.

O, 2023/24 mövsümü forma şansı qazandığı 31 oyunda 8 qol, 1 asistlə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Sentyabr 18:10 Çək və bizə göndər!
4 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM