"Sumqayıt"ın ən xeyirli 3 futbolçusu – Biri pas verir, ikisi qol vurur

31 May 2024 16:20 Sumqayıt 690
"Sumqayıt"ın ən xeyirli 3 futbolçusu – Biri pas verir, ikisi qol vurur

"Sumqayıt"ın hücumçusu Kasimir Ninqa geridə qalan mövsümdə komandanın bombardiri adına yiyələnib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı çadlı legioner keçirdiyi 28 Premyer Liqa qarşılaşmasında 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, ötən mövsüm "Sumqayıt"ın vurduğu 37 qolda 11 nəfərin imzası var.

Bombard Kasimir Ninqanı ondan 1 qol az vuran yarımmüdafiəçimiz Roi Kehat izləyir. Kehatın aktivində 1 məhsuldar ötürmə də mövcuddur.

Vurulan 37 qolun 10-da Rövlan Muradovun birbaşa qatqısı var. Belə ki, cinah oyunçusu 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu