SON DƏQİQƏ - Türkiyə klubu bu transfer üçün "Sumqayıt"a rəsmi TƏKLİF GÖNDƏRDİ

30 May 2024 19:00 Sumqayıt 7 418
SON DƏQİQƏ - Türkiyə klubu bu transfer üçün "Sumqayıt"a rəsmi TƏKLİF GÖNDƏRDİ

«Sumqayıt»ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə karyerasını ölkə xaricində davam etdirə bilər.

23 yaşlı gəncə Türkiyədən dəvət gəlib.

Bu mövsüm Super Liqada çıxış etmiş «Pendikspor» onun xidmətində maraqlıdır. Sözügedən klub Səbuhiyə görə «kimyaçılar»a rəsmi təklif göndərib.

«Gənclik şəhəri» təmsilçisi onunla müqaviləsi davam edən yetirməsini satmaq istəsə, «Pendikspor» müəyyən təzminat ödəməyə razıdır.

İstanbullular gələn mövsümə TFF I Liqada başlayacaq. 37 xal toplayan kollektiv bu gösərici ilə turnir cədvəlində 19-cu yeri tutub və Super Liqa ilə vidalaşıb.

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).

Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

Adullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu