COP29

Samir Abasov və futbolçusundan NÜMUNƏVİ ADDIM

30 May 19:40 Sumqayıt 1 763
Samir Abasov və futbolçusundan NÜMUNƏVİ ADDIM

Premyer Liqanın 36-cı turunun "Sumqayıt" - "Qəbələ" matçının 15-ci dəqiqəsində qorxulu anlar yaşanıb.

Qonaqların müdafiəçisi Murad Musayev bir anda ciddi xəsarət alaraq yerdə qalıb.

Vacib qələbə üçün meydana çıxan "kimyaçılar"ın üzvü Kamran Əliyev əlverişli imkan əldə etdiyi halda ayaq saxlayaraq topu kənara vurub.

O, həmkarının yanına tələsib, durumu ilə maraqlanıb. Əliyevin hərəkəti bölgə klubunun digər futbolçuları tərəfindən alqış qazanıb.

Davamında meydan sahiblərinin baş məşqçisi Samir Abasov da futbolçusundan geri qalmayaraq fair play hərəkəti edib.

O, dəhlizə qədər gedərək xərəkdə aparılan Musayevin vəziyyəti ilə yaxından maraqlanıb, onu təsəlli edib.

Həqiqətən, gözəl görüntülərə səhnə olan hər iki addımı da yalnız alqışlamaq olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?