COP29

Gündəm olan bu şikayətin Samir Abasova aidiyyatı varmı? - VİDEO

25 May 18:00 Sumqayıt 1 427
Gündəm olan bu şikayətin Samir Abasova aidiyyatı varmı? - VİDEO

“Onların futbolçularına təəccüblənirəm.

Bar-bar bağıran siz idiz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu”.

Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Samir Abasaova məxsusdur.

“Gənclik şəhəri”nin təcrübəli baş məşqçisi “Sabah”la Premyer Liqanın 35-ci turunun oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin “ardıcıl 4-cü dəfədir səfərdə “Sabah”ı məğlub edə bilmirsiz. Bu, təsadüfdür?” sualına cavab verərkən deyib.

Çox keçmədi ki, “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Abasova cavab verdi. “Bayquşlar”ın xorvatiyalı çalışdırıcı Samir Abasovun hərəkətindən məyusluğunu dilə gətirdi.

Balkanlı konfrans zalından ayrılan əsnada özünü jurnalistlərə giley-güzar etməkdən saxlaya bilmədi:

“Mən də çox şey danışa bilərəm. “Sumqayıt”ın xeyrinə verilən penaltilərdən danışırammı?

Məğlubiyyəti qəbul etmək lazımdır. Gəlib təbrik edib, əl sıxmaq lazımdır”.

“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bütün bunlarla bağlı Sportinfo.az-a açıqlama verib. O, Renduliçin təbriklə əlaqəli şikayətlərinin konkret Abasovla aidiyyatının olmadığını deyib:

“Mən bunu araşdırdım. Öyrəndim ki, “Sabah”ın baş məşqçisi əslində “biz qalib gələndə yerli məşqçilər məni təbrik eləmir” deyib.

Yəni ki, burada Samir müəllimdən söhbət getmir. Oyun bitən kimi Samir Abasov öz texniki zonamızdan çıxıb meydana daxil oldu.

Meydana çıxarkən sağ tərəfə, rəqibin texniki zonasına baxırdı. Lakin oradan ona tərəf kimsə gəlmədi.

Samir müəllim isə meydanın mərkəzinə tərəf getdi. Əvvəlcə rəqibin oyunçusu Jesse Sekidika ilə görüşdü, sonra azarkeşləri alqışladı.

Geri qayıdarkən, yenə "Sabah"ın iki futbolçusu ilə görüşüb təbrik etdi və paltardəyişmə otağına yollandı.

Burada qəsdən görüşməməkdən söhbət gedə bilməz. Sadəcə, iki məşqçinin meydandakı trayektoriyası kəsişmədi, vəssalam”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"