Premyer Liqa təmsilçisi bu futbolçu ilə 14 ay sonra ikinci dəfə müqavilə imzaladı

24 May 2024 19:40 Sumqayıt 1 013
Premyer Liqa təmsilçisi bu futbolçu ilə 14 ay sonra ikinci dəfə müqavilə imzaladı

“Sumqayıt” ötən ilin martında müqaviləsini yenilədiyi Səbuhi Abdullazadə ilə bağlı uzunmüddətli plan qurub.

“Kimyaçılar“ yarımmüdafiəçinin sözləşməsini bir daha uzadıb. 22 yaşlı oyunçunun kontraktına 2 il əlavə olunub.

Hazırkı müqavilə 2025/26 mövsümünün sonuna qədər qüvvədə idi.

Futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyan Səbuhi 15 yaşı olarkən, 2017/18 mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).

Premyer Liqada ümumilikdə 79 oyun keçirən yarımmüdafiəçi 1 dəfə qol vurmağa da müvəffəq olub.

Adullazadə U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının da uğurları üçün çalışıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda