Kapitandan etiraz: "54 xalı əziyyətsizmi qazanmışıq?"

22 May 2024 13:00 Sumqayıt 878
Kapitandan etiraz: "54 xalı əziyyətsizmi qazanmışıq?"

Bu mövsüm haqqında ən çox danışılan klublardan biri “Sumqayıt”dır.

Arxada qalan həftələr ərzində Samir Abasov yayda formalaşdırdığı yeni və kasad heyətlə rəqiblərinə əsl başağrısı olmağı bacarıb.

35 turdan sonra aktivində 54 xalı olan “Gənclik şəhəri”ni ikinci sıradan cəmi 3 xal ayırır.

Bir sözlə, “kimyaçılar” meydanda göstərdikləri performansla barəsində xoş fikirlər səsləndirilməsinə yol açmış olub.

Amma Sumqayıt təmsilçisi ətrafında meydandandan kənar söhbətlər də az müzakirə olunmur.

Söhbət hakimlərin komandaya dəstək olması barədə səslənən iddialardan gedir.

Komandanın kapitanı Vüqar Mustafayev kənardan səslənən həmin fikirlərə sakit reaksiya verib:

“Komanda yoldaşlarımla çalışırıq ki, meydanda qalaq. Kənarda başverənlərə fikir verməyək. Bizim işimiz meydandadır. Nəticələrimizə kölgə salmaq istəyənlər ən azından meydançada çəkilən əziyyətə hörmət etməlidir. Aktivimizdə olan 54 xalı əziyyətsizmi qazanmışıq?”.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM