COP29

"Bunu qazana bilsək, oyunçular üçün unudulmaz hekayəyə çevriləcək"

22 May 17:00 Sumqayıt 583
"Bunu qazana bilsək, oyunçular üçün unudulmaz hekayəyə çevriləcək"

Premyer Liqanın son turu ərəfəsində turnir cədvəlində çox qarışıq durum yaranıb.

İkinci sırada olan "Neftçi" beşinci pillədə qərarlaşan "Sumqayıt"dan cəmi 3 xal öndədir.

Belədə "Kimyaçılar”ın sonda gümüş medal qazanmaq şansı olduğu kimi, heç avrokuboklara getməmək ehtimalı da mövcuddur.

Komdandanın lideri, Çaddan olan hücumçu Kasimir Ninqa Sportinfo.az-a açıqlamasında belə vəziyyətdə ən yüksək hədəfə kökləndiklərini bildirib.

“Komandamız və tərəfdarlarımız üçün bu medalı qazana bilmək böyük xoşbəxtlik olardı. Həyatda hər zaman ilklər yadda qalan olur.

Ona görə də bizim üçün arzuladığım tək şey onu qazanmağımızdır. Bu, çox gözəl olacaq.

Komanda, eləcə də oyunçular üçün unudulmaz hekayəyə çevriləcək. Çətindir, amma mümkünsüz deyil”.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti