COP29

Addım-addım Avropaya yaxınlaşırlar... VİDEO

13 May 00:40 Sumqayıt 425
Addım-addım Avropaya yaxınlaşırlar... VİDEO

Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, "Sumqayıt" "Səbail"i qəbul edib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 2:1.

41 (penalti) və 45-ci dəqiqələrdə Kasimir Ninqa fərqlənib. Qonaqlarda 90+4-cü dəqiqədə Aleksandr Ramalinqom qollardan birinin əvəzini çıxa bilib.

Xallarının sayını 54-ə çatdıran meydan sahibləri ikinci pilləyə yüksəlib. "Dənizçilər" 42 xalla 7-cidir.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 3500 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Şirmamed Mamedov
Dördüncü hakim: Kamal Umudlu
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Oktavio Manteka, 13 (qeyri-idman hərəkəti); Kasimir Ninqa, 51 (qeyri-idman hərəkəti); Masaki Murata, 77 (qeyri-idman hərəkəti) // Anas Najah, 21 (qeyri-idman hərəkəti); Rüfət Abdullazadə, 68 (qeyri-idman hərəkəti); Adi Mehremiç, 82 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Anar Niftəliyev ("Sumqayıt"), 68 (hakimin qərarına etiraz)
Qollar: Kasimir Ninqa, 41 (p.), 45 // Aleksandr Ramalinqom, 90+5
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

“Sumqayıt”
1. Mehdi Cənnətov
14. Elvin Bədəlov (k)
7. Rövlan Muradov
(60. Tresor Mossi, 75)
17. Murad Xaçayev
8. Səbuhi Abdullazadə
19. Roi Kehat
(21. Nihad Əhmədzadə, 90)
11. Kasimir Ninqa
(9. Erik Sorqa, 90)
58. Oktavio Manteka
(10. Kamran Aliev, 75)
12. Abu Dosso
4. İsa Suliman
71. Masaki Murata
(20. Ayxan Süleymanlı, 90+5)

Ehtiyat oyunçular:
36. Xəyal Fərzullayev
32. Murad Ağamalıyev
Baş məşqçi: Samir Abasov

“Səbail”
1. Səlahət Ağayev
5. Adil Nağıyev (k)
11. Rüfət Abdullazadə
(77. Ayub Masika, 77)
19. Samir Abdullayev
(14. Suleyman Alluş, 69)
88. Valdemar Almeyda
(8. Bahadur Həziyev, 77)
4. Adi Mehremiç
27. Pedro Nuno
55. Nir Bardea
(17. Rafael Məhərrəmli, 69)
3. Silvayin Deslandes
21. Anas Najah
7. Madi Queta
(9. Aleksandr Ramalinqom, 69)
Ehtiyat oyunçular:
12. Hüseynəli Quliyev
10. Ağabala Ramazanov
6. Cabir Əmirli
74. Yusif Nəbiyev
15. Vüqar Həsənov
18. Süleyman Əhmədov
Baş məşqçi: Şahin Diniyev

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"