COP29

"Barselona" azərbaycanlı baş məşqçini kimlərin sözüylə qəbul edib?

8 May 14:00 Sumqayıt 5 364
"Barselona" azərbaycanlı baş məşqçini kimlərin sözüylə qəbul edib?

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov bugünlərdə İspaniyaya səfər etdi.

O, «Barselona»nın düşərgəsində oldu, klubun prezidenti Xuan Laporta və həmkarı Xavi ilə görüşdü.

Priney yarımadasında bir həftəyə yaxın qalan «kimyaçılar»ın çalışdırıcısı Katoloniya təmsilçisinin iş və hazırlıq prosesini canlı izlədi, mühüm təcrübə topladı.

Abasovun «Barsa» gündəliyi barədə redaksiyamıza maraqlı məlumat daxil olub. Əldə etdiyimiz informasiyaya görə, adıçəkilən mütəxəssis bu ölkəyə «Sumqayıt» başbilənlərinin dəstəyi ilə yollanmayıb.

Səfərin gerçəkləşməsində ona Premyer Liqanın başqa bir klubunun rəhbər şəxsi və SOCAR-ın sabiq vitse-prezitdenti Adnan Əhmədzadə kömək olub.

Onlar Abasovun arzusuyla tanış olandan sonra hərəkətə keçib, konkret addımlar atıblar.

Əhmədzadə Laporta ilə əlaqə saxlayıb, ondan randevu üçün rüsxət istəyib, beləcə, bütün məsələlər bir-birinin ardınca həll olunub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti