COP29

ŞOK RƏQƏM! Təmirdən çıxan stadion klubu böyük xərcə saldı

8 May 19:01 Sumqayıt 1 536
ŞOK RƏQƏM! Təmirdən çıxan stadion klubu böyük xərcə saldı

“Sumqayıt” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna görə bir xeyli xərcə düşməli olub.

Buna səbəb yenidənqurmadan sonra arenada aşkarlanan qüsurlar səbəb olub.

Məbləğ isə kifayət qədər böyükdür.

Söhbət 800 min manatlıq rəqəmdən gedir.

Bura işıqlandırma sistemində olan boşluqlar, mətbuat tribunasının yaradılması, çəkiliş üçün lazımı şəraitin yaradılması və.s daxildir.

Təbii ki, böyük ölçüdə dövlət tərəfindən ayrılan 3 milyon manatlıq dotasiya ilə ayaqda qalan klubun bu qədər xərci qarşılaması mümkünsüzdür.

Belə məqamda “Kimyaçılar”ın dadına əsas sponsoru “Azərkimya” çatıb. Məhz bu qurum göstərilən məbləği qarşılayıb.

Adıçəkilən futbol qurğusu əsaslı təmirdən sonra ötən ilin oktyabr ayında istifadəyə verilib.

“Sumqayıt” komandası isə yalnız bu ilin fevral ayrından doğma məkanın xidmətindən istifadə etməyə başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti