“Neftçi”, “Bakı”, “Zirə”... Bu nə təsadüf?

7 May 2024 00:30 Sumqayıt 1 313
“Neftçi”, “Bakı”, “Zirə”... Bu nə təsadüf?

“Sumqayıt” Azərbaycan Premyer Liqasında öz rekordunu təkrarlayıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi 2023/2024 mövsümündə 12 heç-heçə etməklə buna nail olub.

2015/2016 mövsümündə də sumqayıtlılar 12 "sülh"ə imza atıb.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009/2010, “Bakı” 2012/2013, “Zirə” 2020/2021 mövsümündə 14 dəfə bir xal qazanıb.

“Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA