Samir Abasov İtaliyaya getməyin planlarını qurur

2 May 2024 14:00 Sumqayıt 1 682
Samir Abasov İtaliyaya getməyin planlarını qurur

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İtaliyaya səfər etməyi planlaşdırır.

Bu barədə təcrübəli mütəxəssis özü saytımıza açıqlama verib:

"İtaliyaya səfər etməyi düşünürəm. Bu yöndə danışıqlar gedir.

Hansı tarixdə, hansı kluba gedəcəyim hələ bəlli deyil. İtaliya futbolu taktikaya daha çox önəm verir.

Mənim üçün proritetdir ki, yaxından prosesi görüm. Bir məşqçi kimi inkişaf etməyimdə bu addımların rolu böyükdür".

46 yaşlı mütəxəssis ötən həftə İspaniya nəhəngi "Barselona"nın düşərgəsində təcrübə keçib.

O, klub prezidenti Xuan Laporta, baş məşqçi Xavi Hernandes və bir sıra başqa şəxslərlə fikir mübadiləsi aparıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA