COP29

Əcnəbi futbolçu "Qarabağ"la oyunda GERİ DÖNDÜ

1 May 22:20 Sumqayıt 829
Əcnəbi futbolçu "Qarabağ"la oyunda GERİ DÖNDÜ

Roi Kehat Premyer Liqanın ikinci dövrəsindən sonra “Sumqayıt”ın əsas fiqurlarından birinə çevrilməyi bacarmışdı.

O, bir sıra görüşlərdə məsuliyyəti üzərinə götürərək, Sumqayıt klubuna qələbələr gətirən qolların müəllifi olmaqla yadda qaldı.

Ötən yay “Kimyaçılar”a qoşulan yarımmüdafiəçi vurduğu 5 qolla hətta komandasının bombardiri statusunu daşıyırdı.

Amma bu ildən israilli futbolçunun çıxışında bir andaca eniş yaşanmağa başladı.

Sonuncu dəfə 17-ci turda “Kəpəz”lə oyunda vurduğu qolla “Sumqayıt”a 3 xal qazandıran təcrübəli 3-cü dövrəni bütövlükdə kölgədə qaldı.

4 aydan artıq müddətdə adıçəkilən futbolçuya qol sevinci yaşamaq müəssər olmadı.

O, nəinki qol vurmağı yadırğadı, hətta adına qol ötürməsi yazdırmağı belə bacarmadı.

Əcnəbi futbolçu uğursuz gedişata dördüncü dövrənin ikinci yarısında son qoya bildi.

Samir Abasovun güvəndiyi adlardan olan Roy, Premyer Liqanın 32-ci turunda “Qarabağ”la baş tutan ev matçında səhnəyə çıxdı.

9500 tərəfdarın önündə oynanılan qarşılaşmada “19 nömrə” vurduğu qolla “Kimyaçılar”a çox əhəmiyyətli 3 xal qazandırmış oldu.

Bununla da 2024-cü ildə fərqlənə bilməyən futbolçunun üzərindən bədlik götürüldü.

Həyati əhəmiyyətli son 4 tur öncəsi yaşanan hadisə məşqçilər korpusunu ikiqat sevindirməyə bilməz.

İndi qalır bunun davamını gətirmək, qaldığı yerdən davam etmək.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti