
"Sumqayıt"ın legioneri Stiven Pereyra əsas komandadan uzaqlaşdırılıb.
Baş məşqçi Samir Abasovun istəyinə uyğun olaraq Kabo Verdedən olan müdafiəçi əvəzedici komandada məşqlərə çıxır.
O, məhz bu səbəbdən komandasının yeni mövsüm arxada qaçan 4 matçında 1 dəqiqə belə şans qazanmayıb.
Arxa xətt oyunçusuna bildirilib ki, yeni klub tapsa, buradan ayrıla bilər.
29 yaşlı futbolçu 2022-ci ildən "Kimyaçılar"da çıxış edir.
Klubla 2024-cü ilə qədər müqaviləsi olan Pereyra arxada qalan müddətdə 23 oyun keçirib və 1 qol, 1 asistlə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ