“Sumqayıt” puluna qənaət etdi – Bu ayrılığa görə

24 Noyabr 2022 16:00 Sumqayıt 880
“Sumqayıt” puluna qənaət etdi – Bu ayrılığa görə

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib.

Klubun mətbuat xidməti Sportinfo.az-ın noyabrın 17-də yaydığı məlumatı rəsmən təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/sumqayit/154920.html)

Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Araz Abdullayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edirdi. Baş məşqçi Samir Abasov millinin sabiq üzvünü bir müddət əvvəl komandasan uzaqlaşdırmışdı.

Çalışdırıcının göstərişi ilə vinger son məşqlərə də buraxılmayıb. Abasovu narazı salan Abdullayevin məşqlərə etinasız yanaşması, verilən tapşırıqları yerinə yetirməməsidir.

Bu ilin yanvarında «kimyaçılar»la 6 aylıq müqavilə bağlayan, yayda anlaşmanın müddətini birillik uzadan cinah oyunçusu son günlərdə bazaya gəlməyib..

Komandanı Premyer Liqanın son yeddi turunda meydana çıxaran Abasov bu müddətdə Araza əsas heyətdə yer verməyib.

O, 5 oyunda sonradan meydana daxil olub və ən yaxşı halda, 5-10 dəqiqə oynayıb. “Sumqayıt” Arazın gedişi ilə puluna bir xeyli qənaət edib.

“Kimyaçılar”ın ən ödənişli futbolçularından sayllan Abdullayeva təzminat olaraq yalnız 2 ayın əməkhaqqısı veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır