Azərbaycanda tanınmış futbolçu komandadan kənarlaşdırıldı – SON DƏQİQƏ

17 Noyabr 2022 10:36 Sumqayıt 2 674
Azərbaycanda tanınmış futbolçu komandadan kənarlaşdırıldı – SON DƏQİQƏ

Millinin sabiq yarımmüdafiəçisi Araz Abdullayev çətin situasiya ilə üzləşib.

O. «Sumqayıt»ın əsas komandasından uzaqlaşdırılıb. Baş məşqçi Samir Abasov onun xidmətindən imtina edib.

Çalışdırıcının göstərişi ilə vinger son məşqlərə də buraxılmayıb.

Abasovu narazı salan Abdullayevin məşqlərə etinasız yanaşması, verilən tapşırıqları yerinə yetirməməsidir.

Bu ilin yanvarında «kimyaçılar»la 6 aylıq müqavilə bağlayan, yayda anlaşmanın müddətini birillik uzadan cinah oyunçusu indən belə vaxtını əvəzedici heyətdə keçirməli olacaq.

Komandanı Premyer Liqanın son yeddi turunda meydana çıxaran Abasov bu müddətdə Araza əsas heyətdə yer verməyib.

O, 5 oyunda sonradan meydana daxil olub və ən yaxşı halda, 5-10 dəqiqə oynayıb. «Şamaxı» ilə axırıncı tur matçında isə Abdullayevin adı iştirak ərizəsinə salınmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti