Premyer Liqa klubu “Saypa”nın müdafiəçisini bəyəndi

20 Yanvar 2022 14:40 Sumqayıt 1 297
Premyer Liqa klubu “Saypa”nın müdafiəçisini bəyəndi

“Sumqayıt”ın yeni baş məşqçisi Aleksey Baqa baxışa gələn Reza Aliyarı barədə qərar verib.

Belaruslu çalışdırıcı bir neçə gündür düşərgədə yoxlanışda olan mərkəz müdafiəçisini bəyənib.

27 yaşlı cənubi azərbaycanlı ilə müqavilə imzalanması məqsədilə danışıqlar aparılır. Tərəflər maliyyə şərtlərində anlaşsa, 1,5 illik kontrakt qüvvəyə minəcək.

Iranın U-20 və U-23 yığmalarının formasını geyinmiş arxa xətt oyunçusunun son klubu “Saypa” olub.

Peşəkar karyerasına 2014-cü ildə “Naft Tehran”da başlayan müdafiəçi 3 il sonra “Saypa”ya keçib.

2019-cu ildə “Nassaji Mazandıran”a üz tutan Reza 2020-ci ilin əvvəlindəı “Qol Qohar Sircan”la müqavilə imzalayıb. Həmin ilin ikinci yarısında “Saypa”ya dönüb, hazırda isə azad agent statusu daşıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti