Azərbaycanlı məşqçi Kiyev "Dinamo"suna getdi - FOTO

12 Oktyabr 2021 20:20 Sumqayıt 995
Azərbaycanlı məşqçi Kiyev "Dinamo"suna getdi - FOTO

"Sumqayıt" Futbol Akademiyasının "A" kateqoriyalı məşqçisi Zaur Hidayətov təcrübə məqsədi ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə yollanıb.

Sportinfo.az xəbər verir ki, "Dinamo" klubunun akademiyasının koordinatoru Aleksandr İşenko ilə görüşən məşqçi onların iş sistemi ilə tanış olub, onunla qarşılıqlı fikir mübadiləsi aparıb.

Kiyev təmsilçisinin akademiyasının məşqlərini izləyən Zaur Hidayətov daha sonra isə əsas komandanın çalışdırıcısı Mirça Luçesku ilə də görüşüb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM