AFFA Samir Abasovun tərcüməçisini niyə cəzalandırıb?

10 İyun 2024 03:00 Sumqayıt 1 350
AFFA Samir Abasovun tərcüməçisini niyə cəzalandırıb?

AFFA İntizam Komitəsinin “Sumqayıt”ın tərcüməçisi Şahin Abdullayevi 2 oyunluq cəzalandırmasının səbəbi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bunu “report”a klubun mətbuat katibi Zaur Xudiyev açıqlayıb.

Z.Xudiyev tərcüməçinin topu kənara vurduğu üçün cəzalandığını bildirib:

“Şahin Abdullayev baş məşqçi Samir Abasovun köməkçisidir, həmçinin tərcüməçi funksiyasını yerinə yetirir. Oyunun sonunda top bizim ehtiyat oyunçular skamyasına tərəf gəldi.

Şahin də qeyri-ixtiyari olaraq topu meydanın kənarına vurdu. Bu, nümayişkəranə hərəkət deyildi.

Sadəcə, topu kənara doğru göndərdi. Bundan sonra başda Urfan Abbasov olmaqla “Qəbələ”nin futbolçuları sərt etirazlarını bildirdilər.

Baş hakim də yaxınlaşıb ona qırmızı vərəqə göstərdi. Hakim bunu protokola oyunun bərpasının ləngidilməsi kimi qeyd edib”.

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” oyununun (1:0) 90+5-ci dəqiqəsində meydan sahiblərinin tərcüməçisi Şahin Abdullayevi oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırıb

Sumqayıt klubu isə 1000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi