Ərdoğan: “Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik”

6 Noyabr 2023 03:30 Sizdən Bizə 1 017
Ərdoğan: “Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik”

“Biz artıq Qarabağ müharibəsində ən mühüm həmrəyliyi göstərmişik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın paytaxtı Astanada keçirilən 10-cu yubiley Zirvə Görüşündən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indiyədək türk dövlətləri arasında bu həmrəylik və birlik ruhu bir çox sahələrdə inkişaf etməyə başlayıb:

“İndi bizdə siyasi birlik var, şükür! Biz artıq Qarabağdakı hərbi məntəqədə ən mühüm həmrəyliyi göstərmişik.

Qarabağ bunun dünyaya ən böyük sübutu idi. Yəni mesaj verildi ki, bir dövlət, bir xalq arxasında belə həmrəylik görürsə, nəticə əldə edə bilər. Eyni nəticə Qarabağda da əldə olunub”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI