Türkiyənin böyük klubundan “Traktor”la bağlı maraqlı paylaşım - FOTO

28 Aprel 2025 09:00 Sizdən Bizə 1 352
Türkiyənin böyük klubundan “Traktor”la bağlı maraqlı paylaşım - FOTO

“Trabzonspor” İran çempionu olmağa əsas namizəd “Traktor” ilə bağlı maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, paylaşımda bu sözlər yazılıb:

“2024/2025 mövsümündə İran Pro Liqası çempionluğu yolunda inamla addımlayan Azərbaycan türklərinin qüruru “Traktor” klubunu dəstəkləyirik. Möhtəşəm tərəfdarları ilə birlikdə sərgilədikləri əzm, mübarizə və qərarlılıq sadəcə futbol meydanlarında deyil, türk dünyasının könlündə də böyük iz buraxır.

“Traktor”u çıxdığı bu çempionluq yolunda təbrik edirik və uğurları ilə qürurlanmaqlarının davamını diləyirik. Yolunuzun sonu çempionluq olsun!”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 Fevral 20:00 Çək və bizə göndər!
8 Fevral 03:20 "Gəncə"dən qalibiyyət