COP29

"Liverpul"un məşhur hücumçusu Azərbaycana gəlir - FOTOLAR

10 Dekabr 2024 01:00 Sizdən Bizə 5 826
"Liverpul"un məşhur hücumçusu Azərbaycana gəlir - FOTOLAR

Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı keçiriləcək.

Fransa millisi də Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının 32 iştirakçısından biri olacaq.

Sportinfo.az xəbər verir ki, fransızların heyətində Bakıya böyük ehtimalla gələcək futbolçulardan biri dünyaca tanınmış futbolçudur.

Belə ki, Fransa əsas millisində və "Liverpul"da aparıcı oyunçu olmuş Cibril Sisse artıq minifutbol yığmasının üzvünə çevrilib.

Fransanın minifutbol millisinin məşqçilər korpusunun onu paytaxtımızda baş tutacaq mundial üçün heyətə daxil edəcəyi gözlənilir.

43 yaşlı veteran forvard “Oser”, “Liverpul”, “Sanderland”, “Panatinaikos”, “Latsio”, QPR, “Əl-Qarafa”, “Kuban”, “Bastiya”, “Sen-Pyeruaz”, “İverdon-Sport”, “Viçentsa” klublarında oynayıb. O, Fransa yığmasında 41 görüşə 9 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti