COP29

"Ronaldinyodan sonra “Real”ın, “Liverpul”un Bakıya gəməsi..."

15 Noyabr 02:00 Sizdən Bizə 1 174
"Ronaldinyodan sonra “Real”ın, “Liverpul”un Bakıya gəməsi..."

“Ronaldinyonun ölkəmizə gəlişinin faydası olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında Azərbaycanın qocaman futbol mütəxəssisi Ağasəlim Mircavadov deyib.

“Eşitdiyimə görə, COP29-da idmanla bağlı tədbirlər də keçiriləcək. Məlumat verilmişdi ki, gələn qonaqlar arasında futbolçular, məşqçilər və digər idman sahələrindən nümayəndələr də ola bilər.

Hazırda Ronaldinyonun Bakıya gəlməsi müsbət hadisədir. O, daha əvvəl də Azərbaycanda olub.

Həmin vaxt “Qəbələ” klubunun rəhbəri onu Azərbaycana gətirmişdi. Dahi futbolçunun Azərbaycana gəlişi, əlbəttə, müsbət cəhətdir.

Çünki onun biliyi, danışığı, xüsusən, balaca futbolçular üçün vacibdir. Artıq uşaqlarla görüşüb.

Bu, Azərbaycan futbolu üçün mühüm amildir. Ronaldinyonun ölkəmizə gəlişinin xeyiri olacaq. Ümumiyyətlə, COP29 çox gözəl hazırlanıb, təşkilatçılıq yüksək səviyyədədir.

Hər gün izləyirəm. Hamı Azərbaycandan danışır.

Bütün ölkə rəhbərləri, hökumət nümayəndələri... Şükür Allaha, inkişaf edirik. Məlumatıma görə, COP29 çərçivəsində Bakıya “Real Madrid”in, “Liverpul”un nümayəndələri də gələcəklər.

Onların gəlişi iqlim dəyişikliyi, ekoloji tədbirlər çərçivəsində atılan vacib addımlardandır”, - A.Mircavadov bildirib.

Digər Xəbərlər
Xəbər Lenti