“Bir çox öhdəliklərim var idi, sonda oradan ayrılmalı oldum”

13 Fevral 02:00 Sizdən Bizə 531
“Bir çox öhdəliklərim var idi, sonda oradan ayrılmalı oldum”

Azərbaycanda U-15, U-16 və U-19 yığma komandalarına rəhbərlik etmiş Miloş Velebit ölkəmizi tərk etdikdən sonra Tayland yığmasında çalışmışdı.

Sportinfo.az xəbər verir ki, sportal.az-a açıqlama verən serbiyalı mütəxəssis Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin Taylandda, "Buriram Yunayted"də qala bilməməsinə münasibət bildirib.

Velebitin özü də, Ramil kimi Taylandda çox qalmayaraq həmin ölkəni tərk edib. Hazırda "Əl-Vahda"da çalışan Velebit Ramillə balı bunları deyib:

"Taylanda adaptasiya olmaq heç də asan məsələ deyil. Çünki fərqli mədəniyyət, fərqli mentalitetdir.

Ramil Şeydayevin "Buriram Yunayted"də də karyerasını izlədim, oyunlarda performansına baxırdım. Düzü, Tayland klubunu niyə tərk etdi, bu haqda məlumatım yoxdur.

Lakin dediyim kimi, ora uyğunlaşmaq çətindir. Mən özüm isə Tayland yığmasında şəxsi və ailəvi məsələlərə görə qala bilmədim

. Bir çox öhdəliklərim var idi, sonda oradan ayrılmalı oldum.Hər halda, Tayland yığmasında çalışmağım da özüm üçün yaxşı təcrübə idi".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!