“Tutmaz, abi. “Bursaspor” yoxladı, azərbaycanlı oyunçularda burada alınmır”

12 Yanvar 20:00 Sizdən Bizə 2 100
“Tutmaz, abi. “Bursaspor” yoxladı, azərbaycanlı oyunçularda burada alınmır”

Sərtan Taşkın karyerasını Türkiyədə davam etdirəcək.

Mövsümə “Turan Tovuz”da başlayan 26 yaşlı futbolçu “Manisa FK” ilə müqavilə bağlayıb.

O, qarşıdakı ilyarımda Manisa təmsilçisinin uğurları üçün tər tökəcək.

Azərbaycan millisinin də şərəfini qorumuş müdafiəçinin “ağ-qaralar”la anlaşması qardaş ölkədə birmənalı qarşılanmayıb.

Məlum keçidlə bağlı klubun sosial media hesablarında azarkeşlərin yazdığı şərhlər müxtəlifdir:

“Paraşütləri açın, düşürük”.

“Azərbaycan liqası bizimlə eyni səviyyədə deyil axı”.

“Tutmaz, abi. “Bursaspor” yoxladı, azərbaycanlı oyunçularda burada alınmır”.

“Müdafiənin və yarımmüdafiənin “sağı”nda oynamağı bacarır. Gözəl transferdir”.

“Yaxşı sağ cinah müdafiəçisi aldıq, indi də yaxşı stopper alaq”.

“Yaxşı futbolçuya oxşayır. Görək istədiyimiz, gözlədiyimizdir, yoxsa yox”.

“Bu nə soyaddır? Niyə Taşkın yox, Taşqın? Azərbaycan soyadıdırsa, Taşqınov olmalıydı axı. Ümid edək ki, “Manisa”ya xeyir verəcək”.

Türkiyənin Birinci Liqasında mübarizə aparan “ağ-qaralar” 17 turdan sonra topladığı 19 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI