COP29

“Azərbaycan "gəlin bizdə keçirin" dedi, ancaq orada pul yoxdur”

15 Oktyabr 2023 00:40 Sizdən Bizə 767
“Azərbaycan "gəlin bizdə keçirin" dedi, ancaq orada pul yoxdur”

Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükeşki "Qalatasaray" - "Fənərbağça" komandaları arasında keçiriləcək Superkubok matçının Səudiyyə Ərəbistana təyin edilməsi səbəbindən danışıb.

Sportinfo.az xəbər verir ki, o, maddiyata görə Azərbaycanı seçmədiklərini bildirib:

"Səudiyyə Ərəbistanında oyun təşkil etmək təkcə maddiyyata görə deyil, imic baxımından çox önəmlidir. Neymar və Kriştiano Ronaldo kimi ulduzlar orada oynayır.

Superkuboku Almaniyada təşkil etmək istədik. Ancaq onlar təhlükəsizliyi əsas gətirərək bundan imtina etdilər.

İngiltərəylə də danışdıq. Eyni səbəb göstərildi. Heç bir Avropa ölkəsi bu oyunu qəbul etmək istəmir.

Azərbaycan "gəlin superkuboku bizdə keçirin" dedi. Ancaq orada pul yoxdur".

Sözügedən matç ilin son günlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"