"Fənərbaxça" ilə oyunu Bakıda keçirmək çox yaxşı olar"

2 Avqust 2023 04:00 Sizdən Bizə 1 503
"Fənərbaxça" ilə oyunu Bakıda keçirmək çox yaxşı olar"

"Qalatasaray" Türkiyə Superkubokunda "Fənərbaxça" ilə matçı Bakıda keçirmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun prezidenti Dursun Özbek danışıb. O deyib:

“Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil.

Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər.

Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik.

Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.

Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”