
Azərbaycanın U-17 və U-19 yığmasının sabiq üzvü Berkay Vardarın Türkiyənin U-21 yığmasında debüt etməsi barədə xəbər vermişdik.
Sportinfo.az xəbər verir ki, “Beşiktaş”ın futbolçusu Türkiyə yığmasındakı debütü barədə instaqram hesabında yazıb:
“Ay-ulduz"lu formanı geyinmək şərəfinə nail olduğum üçün özümü çox şanslı hesab edirəm.
Yaş kateqoriyasından asılı olmayaraq, ölkəmə daha yaxşı xidmət etmək üçün bundan sonra da maksimum gücümlə çalışacam.
Ümid edirəm ki, A milli formanı da geyinmək qismət olar”.