"Azərbaycan klubunu udmaq üçün futbolçuları cəsarətləndirdim"

31 Avqust 2020 20:00 Şamaxı 866
"Azərbaycan klubunu udmaq üçün futbolçuları cəsarətləndirdim"

"Təsnifat mərhələsini adlamaq yaxşı haldır. Lakin bu dəfə xüsusi alındı.

Çünki 50-60 dəqiqə azlıqda mübarizə apardıq, seçim imkanımız azaldı. Bəzən gücümüz tükəndi, şansın bitdiyini düşündük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Laçi"nin baş məşqçisi Armando Kunqu "Keşlə"ni məğlub etdikləri Avropa Liqasının I təsnifat mərhələsi matçı barədə danışarkən deyib.

"Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4. 47 yaşlı mütəxəssis bildirib ki, həmin qarşılaşmada futbolçularına inanıb:

"Möhkəm, kompakt komandayıq. Bunu çempionatda göstərmişik. Futbolçulara qol buraxmadan oyunu 91-ci dəqiqəyə qədər gətirmələri üçün cəsarətləndirdim. Standart vəziyyətlərdə ehtiyatlı olmağı söylədim.

Sonra isə onlarla ünsiyyət qurmaq üçün fürsətimiz oldu. Tapşırdım ki, sağlam olmalı və parçalanmamalısınız. Onlara "Qəhraman olmaq üçün həmin gecə gəldi" söylədim".

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU