Hüseynov nə deyəcək?

26 Avqust 2020 11:48 Şamaxı 931
Hüseynov nə deyəcək?

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Keşlə” – “Laçi” matçından öncəki mətbuat konfransları və son məşqlərin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu gün “ASK Arena”da öncə “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov KİV nümayəndələrinin suallarına cavab verəcək. Mətbuat konfransı saat 18:45-də start götürəcək.

Saat 19:00-da isə komandanın 15 dəqiqəlik açıq məşqi keçiriləcək.

“Laçi” komandasının baş məşqçisi Armando Kunqunun mətbuat konfransı isə saat 20:30-da təşkil olunacaq. Qonaq komandanın məşqi saat 21:00-da başlanacaq və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.

Digər Xəbərlər
Xəbər Lenti