"Keşlə" qazandı, Axundov "40 min də belə getdi" dedi

22 Avqust 2020 09:28 Şamaxı 2 123
"Keşlə" qazandı, Axundov "40 min də belə getdi" dedi

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə start verilib.

Bununla da çempionatdakı 165 günlük fasilə bitib.

Ölkəmizdə koronavirus pandemiyasına görə mart ayından çempionat oyunları keçirilmirdi. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda baş tutub.

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" qarşılaşıb. Matç Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Keşlə"nin yeni baş məşqçisi Yunis Hüseynov ilk oyununa qalibiyyətlə başlayıb.

3 xal qonaqlara 40 min manat mükafat qazandırıb. Klubun Müşahidə Şurasınıın sədri Zaur Axundov Azər Salahlının son dəqiqələrdə vurduğu qolu sevincək qeyd edərkən, çevrəsindəkilərə "40 min də belə getdi" deyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti