"Keşlə"nin futbolçusu meydana fərqli forma nömrəsi ilə çıxdı

21 Avqust 2020 20:17 Şamaxı 1 993
"Keşlə"nin futbolçusu meydana fərqli forma nömrəsi ilə çıxdı

Premyer Liqanın I turunun "Sumqayıt" - "Keşlə" oyununda kuryoz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, matçın sonlarına yaxın qonaq komandanın müdafiəçiəsi Tərlan Quliyev meydana 33 nömrəli forma ilə çıxıb.

Lakin müdafiəçinin forma nömrəsi protokolda "3" olduğundan görüşün baş hakimi Elçin Məsiyev onu geri qaytarıb. Yalnız rəqəmlərdən birinin üstünü skoçla bağladıqdan sonra Quliyev meydana daxil olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti